Baş xəbərDünya

Türkiyə XİN İranda baş verən terror aktını pislədi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib.

Bugun.tv xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

“İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”, – açıqlamada bildirilib.

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.

Bugün TV

Oxşar xəbərlər

Payız geyimlərini daha bahalı göstərən 3 faktura

Aynur Camal

Əlcəzairdə qanunsuz silah dövriyyəsi ilə terrorizm arasındakı əlaqə müzakirə edildi

Aynur Camal

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu