28 C
Baku
8 Sentyabr 2025, 13:59
Digər

Almaniya sərhədlərdə yoxlama tədbirlərini sentyabrdan sonra da davam etdirəcək

Almaniya sərhədlərdə yoxlama tədbirlərini sentyabrdan sonra da davam etdirməyi, yeni deportasiya reyslərinin həyata keçirilməsini planlaşdırır.

Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Aleksander Dobrindt məlumat verib. O, yoxlamaların və sərhəddən geri qaytarmaların sentyabrdan sonra da davam etdiriləcəyini bildirib.

Yanvar-iyul aylarında Almaniyada 70 min 11 ilk sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.

Genişmiqyaslı deportasiya tədbirlərinin də nəzərdə tutulduğunu bildirən nazir ağır cinayətlər törətmiş şəxslərin Əfqanıstana deportasiyası məqsədilə xüsusi reysin təşkil edilə biləcəyini və belə tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib. Bildirib ki, hökumət hazırda həm Əfqanıstana, həm də Suriyaya əlavə deportasiya reyslərinin təşkili üzərində işləyir.

Xatırladaq ki, Almaniya bu ilin iyulunda sığınacaq müraciəti rədd edilmiş 81 nəfəri Əfqanıstana deportasiya edib. A.Dobrindt onların ağır və çox ağır cinayətlər törətmiş şəxslər olduğunu bildirib. İlk belə deportasiya reysi isə 2024-cü ilin avqustunda həyata keçirilmişdi.

Mənbə: AZƏRTAC

 

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

SDU-nun tələbəsi vəfat etdi

Nigar Məmmədova

Qazaxıstanda dəmir yolu daşımaları avtomatlaşdıracaq

İntizar Əmirova

Hüquq-mühafizə orqanlar “Sədərək” ticarət mərkəzində əməliyyat keçirib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu