17 C
Baku
19 Aprel 2026, 13:50
Digər

Sürətli gəzmək yüksəktəzyiqli insanlarda ürək-damar xəstəlikləri riskini azaldır

Araşdırmaya görə, yüksək qan təzyiqi olan insanların hər gün daha çox və sürətli gəzməsi ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Bugun.tv “MedicalXpress” portalına istinadla xəbər verir ki, müvafiq tədqiqat barədə “European Journal of Preventive Cardiology” jurnalında məlumat dərc edilib. Bildirilib ki, araşdırma zamanı 36 minə yaxın yüksəktəzyiqli insanın məlumatları təhlil olunub. Nəticələrə görə, gündəlik təxmini normadan əlavə atılan hər 1000 addım (10 min addıma qədər) ümumi ürək-damar hadisələri riskini 17 faiz azaldır. 10 mindən çox atılan addımlar isə xüsusilə insult riskini azalda bilir.

Həmçinin sürətli gəzmək də çox faydalıdır. Belə ki, gündə 30 dəqiqə orta sürətlə (dəqiqədə 80 addım) yeriyənlərdə ciddi ürək-damar problemi riski 30 faiz azalır. Daha sürətli gəzmək və ya qaçmaq (dəqiqədə 130 addımdan çox) isə zərərli sayılmır.

Sidney Universitetinin professoru Emmanuel Stamatakis bildirib: “Nə qədər çox və intensiv gəzsəniz, bir o qədər ürək-damar sağlamlığınızı yaxşılaşdırırsınız”.

Tədqiqata əsasən, gündə 10 min addım atmaq vacibdir. Lakin say bundan az olsa belə, addımlamaq sağlamlıq üçün faydalıdır. Alimlər bu nəticələrin gələcəkdə yüksək qan təzyiqli insanlar üçün yeni fiziki aktivlik tövsiyələrinə səbəb ola biləcəyini deyirlər.

Qeyd edək ki, araşdırmanın əsas üstünlüyü iştirakçıların çoxluğu və onların hərəkətlərinin akselerometrlə dəqiq ölçülməsidir. Lakin alimlər nəticələrin yalnız əlaqə göstərdiyini, səbəb-nəticə əlaqəsi qurulmadığını da vurğulayıblar.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Aynur Camal

Hindistan Rusiyaya 3 minə qədər əsgər göndərə biləcək – yeni hərbi razılaşma

Aynur Camal

Avropada hökumətlər dövlət işçilərinin WhatsApp və Signal istifadəsini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu