Baş xəbərDünya

Almaniya Ukraynaya 500 milyon avroluq yardım paketi hazırlayır

Bugun.tv xəbər verir ki, Müdafiə naziri Pistorius ukraynalıları ən çox ehtiyac duyduqları məsələlərdə dəstəklədiklərini bildirib. Pistorius 500 milyon avro dəyərində yardım paketi hazırladıqlarını bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanı dəstəkləməyə davam etdiklərini açıqlayıb.
Pistorius Almaniyanın Ramşteyn bazasında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısında çıxış edib.
“Biz ukraynalıları dəstəkləməyə davam edirik. Onlar güclü qanun üçün deyil, qanunun yaxşılığı üçün mübarizə aparırlar. Ona görə də biz ukraynalıları ən çox ehtiyac duyduqları məsələlərdə dəstəkləməyə davam edirik”, – Pistorius deyib.
Pistorius Almaniyanın sözügedən görüş çərçivəsində Ukrayna üçün 500 milyon avro dəyərində yardım paketi hazırladığını bildirib. Müdafiə naziri paketdə Almaniya ordusunun ehtiyatlarından olan 10 min artilleriya mərmisinin olduğunu və onların çatdırılmasına dərhal başlaya biləcəyini deyib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu