9 C
Baku
21 Dekabr 2025, 16:38
DünyaSiyasət

Almaniya Ukraynaya MiQ-29 təyyarələrinin çatdırılması üçün Polşaya razılıq verdi

“Biz Ukraynaya keçmiş Böyük Alman Milli Xalq Ordusunun (NVA) ehtiyatlarından 5 ədəd MiQ-29 çatdırmağı vəd edə bilərik”.

Bugun.tv xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında deyib.

“Federal hökumət olaraq bu qərarı Polşa ilə birlikdə əldə etməyimizi alqışlayıram. Bu, Almaniyaya etibar edilə biləcəyini göstərir”,- o qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodomir Zelenskinin Varşavaya səfəri zamanı polşalı həmkarı Anjey Duda ölkəsinə məxsus bütün MiQ-29-ları Ukraynaya təhvil verəcəyini bəyan etmişdi.

Almaniyadan miras qalmış MiQ-29-larla yanaşı, Polşanın da inventarında keçmiş SSRİ və Çexoslovakiya tərəfindən təchiz edilmiş MiQ-29-lar var.

Polşadan başqa Slovakiya da Kiyevə 4 ədəd MiQ-29 tədarük etdiyini açıqlayıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Sidneydə Bondi Beach’də Yəhudi bayram tədbirində atışma — ən azı 11 nəfər öldü

Aynur Camal

Qəzzaya son 10 gündə həyata keçirdiyi hücumlarda 296 fələstinli həyatını itirdi

Aynur Camal

Yaponiya Rusiyanın Ukraynaya hücumlarını dəstəkləyən təşkilatlara qarşı sanksiyalar tətbiq edir

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu