23 C
Baku
12 Sentyabr 2026, 22:12
DünyaSiyasət

Almaniya Ukraynaya MiQ-29 təyyarələrinin çatdırılması üçün Polşaya razılıq verdi

“Biz Ukraynaya keçmiş Böyük Alman Milli Xalq Ordusunun (NVA) ehtiyatlarından 5 ədəd MiQ-29 çatdırmağı vəd edə bilərik”.

Bugun.tv xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında deyib.

“Federal hökumət olaraq bu qərarı Polşa ilə birlikdə əldə etməyimizi alqışlayıram. Bu, Almaniyaya etibar edilə biləcəyini göstərir”,- o qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodomir Zelenskinin Varşavaya səfəri zamanı polşalı həmkarı Anjey Duda ölkəsinə məxsus bütün MiQ-29-ları Ukraynaya təhvil verəcəyini bəyan etmişdi.

Almaniyadan miras qalmış MiQ-29-larla yanaşı, Polşanın da inventarında keçmiş SSRİ və Çexoslovakiya tərəfindən təchiz edilmiş MiQ-29-lar var.

Polşadan başqa Slovakiya da Kiyevə 4 ədəd MiQ-29 tədarük etdiyini açıqlayıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu