Baş xəbərDünya

Almaniyada daşqınlarla mübarizəyə 100 min işçi cəlb edildi

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal vilayətinin hakimiyyət orqanları daşqınlarla mübarizə üçün müxtəlif xidmətlərdən 100 minə yaxın işçini səfərbər edib.

Bugun.tv xəbər verir ki, Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə regionun baş naziri Stefan Vayla istinadla məlumat yayıb.

Məlumata görə, bu, Aşağı Saksoniyada qeydə alınan ən güclü daşqındır. Xüsusən Celle, Oldenburg, Emsland, Osterholz, Heidekreis və Verden rayonlarında vəziyyət gərgin olaraq qalır.

Yerli hakimiyyət orqanları regiondakı çayların əksəriyyətində suyun səviyyəsinin maksimum həddi keçdiyini bildirir. Celle rayonunda bəzi küçələrdə suyun səviyyəsi 40-50 santimetrə çatdıqdan sonra rayon rəhbərliyi təhlükəsizlik məqsədilə elektrik enerjisi verilişini müvəqqəti olaraq dayandırıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ürək sağlamlığı üçün gündə neçə dəqiqə gəzmək lazımdır?

Aynur Camal

İraqın baş naziri ordunun döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılmasını tapşırdı

Aynur Camal

Daşqınlar evləri və xəstəxanaları su altında qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu