24 C
Baku
10 Sentyabr 2025, 2:16
DünyaHadisə

Almaniyada festival qarışdı! 26 polis yaralandı!

Bugun.tv xəbər verir ki, Almaniyanın Frankfurt şəhərinin şimalındakı Gissen şəhərində keçirilən Eritreya Mədəniyyət Festivalı zamanı 26 polis əməkdaşı yaralanıb.

Belə ki, şəhərin şimalında yerləşən Gissen şəhərində keçirilən Eritreya Mədəniyyət Festivalından avtoritar Eritreya rejiminin təbliğat vasitəsi kimi istifadə etməsini istəməyən etirazçılar polislə toqquşub. İzdihamı yatırmaq üçün dəyənək və bibər qazından istifadə edən polis 100-dən çox adamı saxlayıb.

Etirazçıların polisə şüşə və daş atdıqları, bəzi avtomobillərə ziyan vurduğu, şəhər mərkəzinin isə nəqliyyatın hərəkətinə bağlandığı bildirilib.

Keçən il oxşar hadisə baş verəndən sonra şəhər rəsmiləri festivalın davam etməsinə mane olmağa çalışsalar da, yerli məhkəmə qadağanı ləğv edib.

Eritreyalılar Avropa Birliyi ölkələrində məskunlaşmaq istəyən Afrikalı mühacirlərin ən böyük qruplarından birini təşkil etsə də, Almaniya son illərdə onların əksəriyyətinə sığınacaq verib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Aİ liderləri görüşüb

Aynur Camal

Fırtına xəbərdarlığı!

Aynur Camal

Mərkəzi Afrikada mədən işçilərinə silahlı hücum: Çoxlu ölü!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu