Baş xəbərDünya

BMT karvanına silahlı hücum oldu! 3 nəfər öldürüldü!

Bugun.tv xəbər verir ki, Malidə Birləşmiş Millətlər Təşkilatının (BMT) Mali Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) karvanına silahlı hücum nəticəsində 3 nəfər həlak olub.

MINUSMA-nın verdiyi açıqlamaya görə, ölkənin daxili hissəsindəki Ansonqo bölgəsində naməlum silahlı şəxslər hərəkətdə olan logistika karvanına hücum edib. İlkin məlumata görə, hücum nəticəsində 3 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Afrikadakı DAİŞ ünsürlərinin Ansonqonun yerləşdiyi Qao bölgəsində aktiv olduğu bildirilib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

ABŞ deportasiya reysini bərpa etdi

Aynur Camal

Məşhur TikTok fenomeni canlı yayım zamanı güllələnərək öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu