1 C
Baku
21 Yanvar 2026, 11:11
Baş xəbərTexnologiya

Almaniyada “Ford Focus” zavodunda istehsal dayandırıldı

Bugun.tv xəbər verir ki, Almaniyadakı Ford Focus fabriki təchizatçıların tətili səbəbindən istehsalı dayandırıb. Belə ki, Magna Stanztechnik, Benteler, Tenneco, Rhenus LMS və Lear şirkətlərinin təqribən 500 işçisi müddətsiz tətilə qərar verib.

Qeyd edək ki, ötən ay Ford öz işçiləri ilə 2032-ci ilin sonuna qədər 1000 nəfərin məşğulluğunun saxlanılması, işdən çıxma haqqı, bonuslar və ixtisas proqramlarını əhatə edən razılığa gəlib. Indi sözgedən 6 zavodun işçiləri də belə bir müqavilənin onlarla bağlanmasını istəyirlər. Çünki təchizatçı şirkətlərdə orta yaş 50-dən yuxarıdır və burada çalışanlar alternativ iş tapa bilməyəcəklərindən qorxurlar.

Hazırda işin dayandırılması mühərriklərin, transmissiya və gövdə hissələrinin, oxların, naqil sistemlərinin çatdırılmasına təsir göstərib. Bu vəziyyətin şirkətə gündə təxminən 1,09 milyon dollara başa gəldiyi deyilir.

Zavodun işçi şurasının rəhbəri tətil başa çatdıqdan sonra istehsalı kifayət qədər tez bərpa edəcəklərini bildiriblər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Prudential Advisors satış və lead proqramını süni intellekt və data elmi ilə gücləndirdi

Aynur Camal

James Fisher Ocean Aero şirkətinə investisiya qoydu

Aynur Camal

“Azərbaycan “Qəzza Sülh Şurası”na üzv ola bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu