16 C
Baku
24 Oktyabr 2025, 0:56
Digər

Almaniyada günəş enerjisi ilə bağlı subsidiyalar azaldıla bilər

Almaniyanın federal iqtisadiyyat naziri Katerina Rayxe şəxsi evlərdə günəş enerjisi qurğuları üçün dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsini təklif edib.

Bugun.tv xəbər verir ki, nazir “Augsburger Allgemeine” qəzetinə müsahibəsində kiçikhəcmli yeni günəş panellərinin artıq bazar şərtlərində sərfəli hesab olunduğunu və əlavə maliyyə dəstəyinə ehtiyac qalmadığını bildirib. Onun sözlərinə görə, son illərdə həm günəş panellərinin, həm də enerji saxlama sistemlərinin qiymətləri xeyli ucuzlaşıb.

Mövcud qurğular üçün enerjiötürmə tariflərinə toxunulmayacağını vurğulayan K.Rayxe bu sahədə fəaliyyət göstərənlərin mövcud hüquqlarının qorunacağını qeyd edib.

Hazırkı qaydalara əsasən, damında günəş enerjisi istehsal edib şəbəkəyə ötürən hər bir ev sahibi 20 il müddətinə sabit tariflə ödəniş alır. Tarifin məbləği qurğunun gücü, ötürmə növü və istismara verilmə tarixinə görə dəyişir.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Son dəqiqə! BCM-dən Rusiya üçün yeni qərar: Şoyqu və Gerasimov haqqında həbs qərarı!

Aynur Camal

“Google” Fransada külli miqdarda cərimələndi

İntizar Əmirova

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu