Baş xəbərDünya

Aleksandar Vuçiç ABŞ və Rusiya prezidentlərinin görüşünü şərh etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-i Alyaskada keçirəcəyi görüşə münasibət bildirib.

Bugun.tv xəbər verir ki, Aleksandar Vuçiç görüşün çox mühüm olduğunu və hər kəsin Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini bildirib.

“Mən bunun münaqişəyə son qoyacağına əmin deyiləm, amma düşünürəm ki, bu, çox vacib görüşdür. Biz hamımız Ukraynada sülhün tərəfdarıyıq. Onlara uğurlu görüş arzulayıram. Görüşün nəticələrinin hamımızı sevindirəcəyinə və sülhə nail olacağımıza ümidvaram”, – deyə Serbiya Prezidenti qeyd edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

İran: ABŞ hava zərbələrini dayandırsa, biz də hücumları dayandıracağıq

Aynur Camal

Ukrayna Avropanın yeni raketdən müdafiə sistemi üzərində işləyir

Aynur Camal

Kim Çen In Koreya müharibəsinin ildönümünü qızı ilə birlikdə qeyd etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu