Baş xəbərHadisə

Almaniyada polisin saxlamağa çalışdığı şəxs dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, Almaniyanın paytaxtı Berlində polisin asayişi pozduğu iddiası ilə saxlamağa çalışdığı 30 yaşlı kişinin öldüyü bildirilib.
TRT Haber-in məlumatına görə, Berlin polisindən verilən açıqlamada, dekabrın 1-i cümə günü gecə saatlarında zorakılıq etdiyi və ətraf mühitə zərər verdiyi iddia edilən şəxsin saxlanılarkən yıxıldığı bildirilib. Xəstəxanaya aparılan şəxsin dünyasını dəyişdiyi və həkimlərin ölüm səbəbini infarkt kimi qeyd etdiyi bildirilib. Qeyd olunub ki, asayiş pozğunluğu törətdiyi iddia edilən şəxsin ölümünün dəqiq səbəblərinin müəyyən edilməsi üçün başlanılmış araşdırmanı qətl bölməsi aparacaq.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu