25 C
Baku
3 Sentyabr 2025, 8:28
Baş xəbərDünya

Almaniyada şirkətlərin üçdəbirindən çoxu sifariş çatışmazlığından əziyyət çəkir

Almaniyada şirkətlərin üçdəbirindən çoxu sifariş azlığından əziyyət çəkir. Ölkədəki müəssisələrin 36,7 faizi iyulda bu problemlə üzləşib.

Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu, Ifo İnstitutunun apardığı rəy sorğusunun nəticələrində əksini tapıb. Sifariş çatışmazlığı iqtisadiyyatın əsaslı şəkildə bərpası üçün əsas maneə olaraq qalır. Rəy sorğusuna əsasən, sənaye sektorunda sifariş çatışmazlığı ilə üzləşən şirkətlərin payı apreldən iyula qədər 36,8 faizdən 38,3 faizə yüksəlib. Xüsusilə avtomobil istehsalında bu rəqəm 42,6 faizə qalxıb. Həmçinin maşınqayırma sahəsi və elektrik avadanlıqları istehsalçıları da ciddi təsirə məruz qalıblar. Metal sənayesində isə müəssisələrin təxminən yarısı sifariş çatışmazlığı ilə üzləşdiyini bildirib.

Xidmət sektorunda vəziyyət nisbətən yaxşıdır. Burada sifariş çatışmazlığından şikayətlənən müəssisələrin payı 32,3 faizdən 29,9 faizə enib. Lakin bəzi sahələrdə, o cümlədən müvəqqəti işçi təmin edən agentliklərdə bu göstərici 56,3 faizdir. Həmçinin mehmanxana sektoru, reklam agentlikləri və bazar araşdırması şirkətləri də orta göstəricidən yuxarı sifariş çatışmazlığı yaşayır.

Topdansatış sektorunda isə şirkətlərin təxminən üçdə ikisi sifariş azlığından şikayətçidir. Pərakəndə ticarətdə isə hər iki müəssisədən biri hələ də kifayət qədər tələbat olmadığını bildirir.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu

Aynur Camal

Fransada Makron uzun səylərdən sonra baş nazir namizədini seçdi

Teymur Əziz

BMT: Sudanda atəşkəsə baxmayaraq, ayrı-ayrı toqquşmalar davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu