Digər

Fransa ilə Əlcəzair arasında gərginlik artır

Prezident Emmanuel Makron Fransa ilə Əlcəzair arasında imzalanmış 2013-cü il razılaşması çərçivəsində Əlcəzair diplomatlarına və rəsmi şəxslərinə verilən vizasız giriş imtiyazının ləğv edilməsini istəyib.

Bugun.tv yerli mətbuata istinadla xəbər verir ki, Makron Baş nazir Fransua Bayrouya məktubla müraciət edərək, vizaların bu kateqoriyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. Makron bu qərarını Paris və Əlcəzair arasında artan diplomatik gərginliklə əlaqələndirib. O, iki ölkə arasında münasibətlərin qeyri-bərabər olduğunu və Fransanın Əlcəzairə qarşı daha sərt və prinsipial mövqe tutmalı olduğunu bildirib.

Makronun bu qərar qüvvəyə minərsə, bu, Fransa-Əlcəzair münasibətlərində mühüm diplomatik dönüş nöqtəsi olacaq. Diplomatik pasport sahiblərinə qarşı vizasız rejimin ləğvi, Parisin son illərdə Şimali Afrika ölkələri ilə – xüsusilə də miqrasiya və təhlükəsizlik sahəsində daha sərt siyasətə keçidinin davamı kimi qiymətləndirilə bilər.

Viza mövzusu Fransa ilə Əlcəzair arasında uzun illərdir ki, həssas məsələ olaraq qalır. Son illərdə isə Paris bu aləti ikitərəfli münasibətlərdə siyasi təzyiq vasitəsinə çevirib. Bu dəfə qərarın diplomatik pasport sahiblərini əhatə etməsi, Fransa tərəfindən Əlcəzairə qarşı konkret və sərt siyasi mesaj olaraq dəyərləndirilir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu