Texnologiya

Almaz tozundan kvant sensorları hazırlanır

Avstraliya və Yaponiya alimləri sənaye tullantısı hesab olunan almaz tozunu yüksək dəqiqlikli kvant sensorlarına çevirmək üçün yeni texnologiya hazırlayırlar.

Araşdırmanın məqsədi bahalı təbii almazlardan asılılığı azaltmaq və kvant cihazlarının kütləvi istehsalını mümkün etməkdir.

Bugun.tv xəbər verir ki, almaz kristalının daxilində yerləşən xüsusi qüsurlar – NV mərkəzləri maqnit sahəsi, temperatur, təzyiq və mexaniki gərginlik kimi dəyişiklikləri yüksək dəqiqliklə ölçə bilir. Bu xüsusiyyət almazları tibb, sənaye və naviqasiya sistemləri üçün perspektivli kvant sensoruna çevirir.

Yeni yanaşmada tədqiqatçılar bahalı monokristal almazlar əvəzinə sənaye istehsalından qalan almaz tozundan istifadə edirlər. Bunun üçün almaz hissəcikləri əvvəlcə şüalanmaya məruz qalır, sonra isə qızdırılaraq onların səthində NV mərkəzləri formalaşdırılır.

Alimlərin sözlərinə görə, bu sensorlar otaq temperaturunda işlədiyi üçün xüsusi soyutma sistemlərinə ehtiyac duymur. Gələcəkdə onlardan suyun çirklənməsinin müəyyən edilməsi, xərçəng kimi xəstəliklərin erkən diaqnostikası, kimyəvi proseslərin monitorinqi, GPS-dən asılı olmayan naviqasiya və təhlükəsizlik sistemlərində istifadə oluna bilər.

Layihənin növbəti mərhələsində tədqiqatçılar sensorların daha sabit və həssas işləməsi üçün istehsal prosesini təkmilləşdirməyi planlaşdırırlar. Uğurlu nəticə əldə olunacağı təqdirdə, bu texnologiya kvant sənayesinin inkişafına mühüm töhfə verə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

2 min illik mətn ilk dəfə tam oxundu

Aynur Camal

Süni intellektlə hazırlanan saxta məşhur reklamları dələduzluq tələsinə çevrilir

Aynur Camal

LineShine sistemi dünyanın ən sürətli superkompüteri seçildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu