Baş xəbərDünya

Alovlar Qüdsü bürüdü… 12 nəfər yaralandı

İsrailin Qüds şəhərində sürətlə yayılan genişmiqyaslı yanğınlarla əlaqədar həyəcan təbili çalıb. Yanğın və Xilasetmə Xidməti Estaol meşəsində başlayan yanğınların ən azı beş başqa yerə yayıldığını bildirib.

Neve Şalom, Bekoa, Taoz, Naşşon və Mesilat Sion yaşayış məntəqələri boşaldılıb. İsrail Təbiət və Parklar İdarəsi ərazidəki parkdan gəzintiyə çıxanları xilas etdiyini açıqlayıb. Digər tərəfdən, Qüdslə Təl-Əviv arasındakı avtomobil yolu bağlanıb, qatar səfərləri də ləğv edilib. Yanğından Mühafizə Xidməti 63 nəfərlik qrup və 11 təyyarənin alovla mübarizə apardığını, isti hava və güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün olmadığını bildirib. İsrail hökuməti də sürətlə yayılan alovun nəzarət altına alınması üçün beynəlxalq yardıma çağırıb. İsrail dövlət televiziyası, KAN və İsrail, ildirilib ki, Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyasından yanğınsöndürmə təyyarələri istəyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

COVID-19 ilə bağlı son vəziyyət açıqlanıb

Aynur Camal

“Bakı-Tehran əlaqələrinin inkişafı baxımından yeni bir səhifə açılacaq”

Aynur Camal

Azərbaycanlı dərnək rəhbəri Türk millət vəkilliyinə namizədliyini irəli sürdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu