Dünya

Amelia Erhartın itkin təyyarəsinin axtarışı nəticəsiz qaldı

Bugun.tv xəbər verir ki, məşhur amerikalı pilot Amelia Erhartın itkin düşmüş təyyarəsini tapmaq məqsədilə Sakit okeanda aparılan yeni ekspedisiya gözlənilən nəticəni verməyib. Tədqiqatçılar təyyarə qalığı ola biləcəyini düşündükləri obyektin böyük ehtimalla sahilə yığılmış ağac parçalarından ibarət olduğunu müəyyən ediblər.

“The Guardian” qəzetinin məlumatına görə, araşdırma Kiribati dövlətinə daxil olan Nikumaroro adasında aparılıb. Ekspedisiyanın diqqətini 2020-ci ildə peyk görüntülərində qeydə alınan uzunsov, açıq rəngli obyekt cəlb etmişdi. Onun Erhartın təyyarəsinin qalıqları ola biləcəyi ehtimal edilirdi. Lakin ərazidə aparılan araşdırmalar bu versiyanı təsdiqləməyib.

Amelia Erhart və onun naviqatoru Fred Nunan 1937-ci ildə dünyanı təyyarə ilə dövrə vurmaq cəhdi zamanı yoxa çıxıblar. Erhart Atlantik okeanını təkbaşına və fasiləsiz keçən ilk qadın pilot kimi tanınır. Onların taleyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, indiyədək qəti sübut əldə edilməyib.

Son ekspedisiya konkret nəticə verməsə də, tədqiqatçılar Erhartın taleyini aydınlaşdırmaq üçün axtarışların davam etdirilə biləcəyini bildirirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Rusiya səfiri: ABŞ-ın Kubaya qarşı blokadası beynəlxalq hüququ pozur

Aynur Camal

Fransada gecə saatlarında küçəyə çıxmaq qadağan edildi

Aynur Camal

Albaniyada Trampın kürəkəni ilə əlaqələndirilən kurort layihəsi etirazlara səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu