25 C
Baku
21 İyul 2024, 4:12
Dünya

Amerika fenomeni Türkiyədə check-up etdi və ödədiyi qiymətlə gündəm oldu

Amerikalı sosial media fenomeni Bryn Elise müayinə üçün Türkiyəyə gəlib. Elise ABŞ-da 10 min dollardan baha başa gələcəyini söylədiyi yoxlamanı Türkiyədə cəmi 810 dollara etdirib. Türkiyə son vaxtlar sağlamlıq turizmində dünyanın ən önəmli ölkələrindən birinə çevrilib.

Ərəb dünyasından və Qərbdən, xüsusən də saç əkimi üçün gələn insanların sıxlığı ölkədə, hətta yumoristik baxımdan da gündəm mövzusu halına gələrkən, Türkiyə də diş müalicəsi və estetik əməliyyatların ünvanına çevrilib.

Nəhayət, ABŞ-da yaşayan sosial fenomen Bryn Elise Türkiyəyə gələrək müayinədən keçib. O, sağlamlıq müayinəsindən keçmək üçün ABŞ-dan Türkiyəyə gəlib.

Daha əvvəl Türkiyəyə gəlib saçını kəsdirən Elise Türkiyədə 810 dollara, ABŞ-da ən az 10 min dollara başa gələcək check-up xidmətinin olduğunu, 700 xərcləyərək ölkəni gəzdiyini bildirib.

“ABŞ-da olsaydı, 10 min dollar xərcləyib aylarla növbə gözləməli olardım”.

Özəl xəstəxanada müayinədən keçən Elise, “Həyatımın ən əhatəli müayinəsindən keçmək üçün Türkiyəyə uçdum. ABŞ-da olsaydı, 10 min dollar xərcləməli olardım” dedi.

Boyun ölçülməsi, qan analizi, EKQ, rentgen və qalxanabənzər vəzinin ultrasəs müayinəsi kimi yoxlamaların aparıldığını deyən gənc qadın xəstəxana rəhbərliyinin ona restoranda yemək təklif etdiyini bildirib.

Milyonlarla baxış aldı Daxili xəstəliklər, kardiologiya və ginekoloq xidmətlərində müayinə olunan və ümumilikdə 30 analizdən keçdiyini bildirən Amerikalı Elisanın İnstaqramda yayımladığı video bir gündə milyonlarla baxış toplayıb.

Mənbə: EnSonHaber

Sevinc Sadıqova

Oxşar xəbərlər

Hindistan kosmosa insanla birlikdə kosmik gəmi göndərəcək

Bugün TV

Bu məhəlləni xəritədən sildilər

Bugün TV

Böyük Britaniya Rusiyaya hərbi attaşe göndərəcək

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu