25 C
Baku
27 İyul 2024, 3:48
Dünya

Amerikalı müğənni Niki Minaj üçün şok: O, saxlanılıb

Amerikalı müğənni Niki Minaj Hollandiyada yanında götürdüyü narkotiki ölkədən çıxarmağa cəhd etdiyi üçün saxlanılıb. Minajın Mançesterdəki konserti son anda ləğv edilsə də, pərəstişkarları böyük səs-küyə səbəb olub.

Amerikalı müğənni Niki Minaj Amsterdamın Schiphol hava limanında saxlanılıb. Minaj İngiltərənin Mançester şəhərindəki konsertindən əvvəl yanında götürdüyü narkotiki ölkədən çıxarmağa çalışdığı üçün saxlanılıb.  41 yaşlı müğənni sosial media hesabındakı paylaşımında polisin onların bütün baqajlarını yoxlamaq istədiyini bildirib: “Dedilər ki, indi marixuana tapıblar, digər məmurlar da bura gələrək digər hazır rulonları da çəksinlər” deyib.

Hollandiya polisi Minajın saxlandığını təsdiqləyib və belə maddələrin ölkədən çıxarılmasının qadağan olduğunu bildirib. Minaj cümə axşamı Amsterdamda səhnəyə çıxmışdı. Minajın Mançesterdəki konserti son anda ləğv olunduğu üçün pərəstişkarları qəzəblərini ifadə ediblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Maskalı qrup polisə hücum etdi

Nigar Məmmədova

İran BƏƏ ilə suverenlik mübahisəsi olan adada öz vətəndaşlarına torpaq ayıracaq

Teymur Əziz

Prezident məhkəmə tələb etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu