Baş xəbərSiyasət

“Amerikalıların dollarına dayanan dünya sistemi çökür”

“Nə zaman Amerikanın daxili və iqtisadi problemləri yaranıb bütün dünyanı müharibəyə sürükləyirlər. Rusiy-Ukrayna, İran-İsrail… Hamısını da dəstəkləyən ABŞ-dır”.

Bugun.tv xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli facebook hesabındakı paylaşımında bildirib.

“Təbii, savaşları dəstəkləməzsə, silahları kimə satacaq ki… Qlobal silah ticarəti əhəmiyyətli bir sənayedir və ən yaxşı 100 silah şirkəti 2017-ci ildə təqribən 398,2 milyard dollarlıq satış həyata keçirmişdir. Amerika Birləşmiş Ştatları dünyanın ən böyük silah ixracatçısıdır və son beş ildə qlobal silah ixracatının 37%-ni təşkil edir. Dünyanın 25 ən böyük silah istehsal edən və hərbi xidmət göstərən şirkəti 2019-cu ildə 361 milyard dollarlıq silah satışı həyata keçirib ki, bu da əvvəlki ilə nisbətən 8,5% artıb. 2021-ci ildə dünyada silah satışı ilə bağlı ən böyük silah istehsal edən və hərbi xidmət göstərən şirkətlərə Lockheed Martin, Boeing və Raytheon daxildir”,- Ə.Əlibəyli əlavə edb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ekspert: ABŞ Rusiyanın İranla bağlı uran təklifini qəbul etməlidir

Aynur Camal

“9 May paradı Rusiyanın taktiki və strateji zəifləməsinin göstəricisidir”

Aynur Camal

Benjamin Netanyahu: ABŞ-ın İsrailə maliyyə və hərbi yardımı mərhələli şəkildə dayandırılmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu