Image default
Baş xəbərMaraqlı faktlar

387 il yaşı olan universitet

Bugun.tv xəbər verir ki, bu gün ABŞ-ın Harvard universitetinin yaranmasından 387 il ötür.

1639-cu il, martın 3-də Bostonda yaradılan universitet ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə Harvard adlandırılıb.

Hazırda Amerika və dünyanın ən məşhur universitetlərindən olan Harvardın əsası isə 1636-cı ildə qoyulub. Devizi – Həqiqət (Veritas), simvolu isə tünd qırmızı rəngdir.

Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər yaşayış üçün əlverişli zonada yerləşən planetdə atmosfer aşkar ediblər

Aynur Camal

Atlantik okeanının dərinliklərində 300 dərəcədən artıq isti su ehtiyatı aşkar edilib

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu