25 C
Baku
27 İyul 2024, 4:40
Kriminal

Ana uşaq evindən oğlunu oğurlayaraq başqa ölkəyə qaçdı

Bugun.tv xəbər verir ki, ABŞ-da bioloji oğlunu övladlığa götürən valideynlərindən oğurlayan qadını axtarırlar. Bu barədə Fox News xəbər verib.

FTB, 16 aylıq oğlunu qaçıran və müstəntiqlərin fikrincə, onunla birlikdə başqa ölkəyə qaçan 31 yaşlı Kaliforniya sakini Bricit Benitesi axtarışa verib. Valideynlik hüququndan məhrum edilmiş anaya nəzarətsiz uşaqla ünsiyyətə icazə verilib. Martın 6-da onu himayə evindən götürüb. Lakin razılaşdırılmış vaxtda geri qayıtmayıb. Tezliklə o, Meksika sərhədini keçib. FTB, Benitezin oğlunu atasının yaşadığı Meksikanın Aquascalientes əyalətinə apardığını söyləyib.

Kişi 2023-cü ildə Los-Ancelesdə “uşağın gözü qarşısında törədilən məişət zorakılığı aktı”na görə həbs edildikdən sonra cütlük ABŞ-da valideynlik hüququndan məhrum edilib. Yeni doğulmuş körpə qəyyumluq orqanları tərəfindən götürülərək müvəqqəti övladlığa götürülüb.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələndi

Kəmalə Sultan

Sürücü piyadanın ölümünə səbəb oldu

Nigar Məmmədova

Silahla hücuma məruz qalan şəxs yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu