Baş xəbərKriminal

Ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb – yenilənib

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və  sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Mənbə: report.az

9:30

Bakıda ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 14 yaşlı yeniyetmə G.Şadatova ölüb. Araşdırma aparılır.

Mənbə: report.az

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu