28 C
Baku
15 Sentyabr 2026, 19:17
Baş xəbərSosial

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub – VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.

Bugun.tv-nin Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib.

Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub.

Həmçinin orta hündürlükdə mürəkkəb döyüş manevrləri etməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq üsulları da məşq etdirilib.

Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində pilotlarımız 44 günlük Vətən müharibəsində əldə olunan döyüş təcrübəsini digər iştirakçı ölkələrin hərbi pilotları ilə bölüşür, eyni zamanda onların da təcrübələrindən faydalanırlar.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

M. Həsənli: “Sahibkar ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu