Baş xəbərDünya

Anar Məmmədov Tərtərdə səyyar qəbul keçirib

Milli Məclisin deputatı Anar Məmmədov vətəndaşları narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə növbəti dəfə Tərtər rayonu Sarov kəndində səyyar qəbul-görüş keçirib.

Bugun.tv xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

Səyyar qəbulda vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün nəzarətə götürülüb.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Çin robotu Yushu G1-ə yeni kunq-fu texnikası öyrədilib (video)

Aynur Camal

Süni intellekt sürprizi: Liderlər körpəyə çevrildi – VİDEO

Aynur Camal

Etirazçılar:”özümüzü təhlükəsiz hiss etmirik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu