Baş xəbər

Anar Məmmədov vətəndaş qəbulunda – Fotolar

YAP-çı deputat Anar Məmmədov Talış kəndində vətəndaşları qəbul edib. YAP-çı deputat Anar Məmmədov Talış kəndində vətəndaşları qəbul edib.

Bugun.tv xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

Fərdi qaydada baş tutan qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub. Səsləndirilən müraciətlər, təkliflər aidiyyəti üzrə qeydiyyata alınıb, millət vəkilinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.

Qəbulda iştirak edən vətəndaşlar doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Aynur Camal

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Aynur Camal

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu