25 C
Baku
27 İyul 2024, 4:48
Kriminal

Anasına balta və bıçaqla hücum edən qadın məcburi müalicəyə göndərildi

Bugun.tv xəbər verir ki, Sankt-Peterburqun Puşkinski Rayon Məhkəməsi anasına bıçaq və balta ilə hücum edən 21 yaşlı yerli sakin Natalya Şlapakı məcburi müalicəyə göndərib. Bu barədə Lenta.ru-ya şəhər məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

Qız adam öldürməyə cəhd maddəsi ilə cinayət törətməkdə ittiham olunub.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs anası ilə mübahisə edib.Onun bel nahiyəsinə, boyun və baş nahiyəsinə bir neçə zərbə vurub. Qadın qızının əlindən qaçaraq həkimləri çağırmağı bacarıb. Şlapak həmin gün saxlanılıb. Ertəsi gün nəzarətə götürülüb. Qız günahını qismən boynuna alıb.

Bundan əvvəl Novosibirsk yaxınlığında təqaüdçünü tava ilə öldürən təkrar cinayət törətmiş şəxsin mühakimə olunacağı bildirilirdi.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Fırıldaqçılıq əməliyyatı oldu: 15 nəfər nəzarətə alındı

Bugün TV

4 tona yaxın narkotik tərkibli bitkilər məhv edildi

Nigar Məmmədova

Əmisini qətlə yetirən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu