5 C
Baku
26 Yanvar 2026, 21:56
Digər

Ancelina Coli Rəfah sərhədində qəzzalıları ziyarət etdi

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli humanitar yardım səfəri çərçivəsində qəzzalılara dəstək olmaq məqsədilə Misir ilə Qəzza arasındakı Rəfah Sərhəd Keçid Məntəqəsinə səfər edib.

Dünya mediyası yazır ki, Qəzza və fələstinlilər üçün dünyada bir araya gələn və addımlar atan şəxslərə məşhur Hollivud ulduzu Ancelina Coli də qoşulub.

Misirə gedən məşhur aktrisa humanitar yardım səfərinin bir hissəsi olaraq Rəfah sərhədinin Misir tərəfində olub.

Amerikalı aktrisanın bu səfəri Qəzzalı fələstinlilərin vəziyyətini yerində araşdırmaq və yardım səylərini qiymətləndirmək məqsədi daşıyıb.

Humanitar yardım fəaliyyətlərinə və Misir–Amerika yardım təşəbbüslərinə dəstək vermək üçün Coliyə ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə yanaşı Şimali Sinay qubernatoru və Misirin Miqrasiya naziri də müşayiət edib.

ANCELİNA COLİNİN HUMANİTAR YARDIM KEÇMİŞİ

Ancelina Coli humanitar yardım fəaliyyəti ilə tanınır. Məşhur aktrisa keçmişdə də bu sahədəki fəaliyyəti ilə dünyada ön plana çıxmışdı.

QƏZZADA YAŞANANLAR

Qəzza İsrailin soyqırım xarakterli müharibəsi nəticəsində, əksəriyyəti mülki olmaqla 70 mindən çox insanın həlak olması və şəhər infrastrukturunun məhv edilməsi kimi ağır şəraitlə mübarizə aparır.

Misir Rəfah sərhədindən keçən çoxsaylı Qəzzalı qaçqını qəbul etmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu