25 C
Baku
25 Sentyabr 2026, 15:49
Digər

Niyə həyata məhz yanvardan başlamaq istəyirik?

Hər dekabr ayında bir çoxumuz məqsədlər siyahısı tərtib edirik: idmanla məşğul olmaq, yeni dil öyrənmək, işimizi dəyişmək.

Tədqiqatçılar izah edirlər ki, 1 yanvarın başlanğıc nöqtəsi kimi qəbul edilməsi sadəcə ənənə deyil, “təzə başlanğıc effekti” adlanan işlək psixoloji fenomendir.

Yanvardan həyata başlamaq arzusu özünü aldatma deyil, strukturlaşma ehtiyacımıza, yeni başlanğıclara və keçmiş qərarların yükündən azad olmağa əsaslanan effektiv psixoloji strategiyadır. Alimlər Hençen Day, Ketrin Milkman və Ceyson müəyyən ediblər ki, pəhrizlər, idman zalına getmək və məqsədlərə sadiqliklə bağlı sorğular zaman nişanələri ilə üst-üstə düşərək kəskin artır.

Bu nişanələrə yeni həftənin, ayın və ya ilin başlanğıcı, həmçinin ad günü və digər mühüm hadisələr daxildir.

Onların izahına görə, tarixlər “zehni sərhədlər” yaradır: keçmiş uğursuzluqları arxada qoymağa və təmiz səhifədən başlamağa imkan verir. İlin başlanğıcı cəmiyyət tərəfindən dəstəklənir: media ilin yekunlarını çıxarır, şirkətlər planlar qurur, dostlar isə nailiyyətlərinizlə maraqlanır. Bu kollektiv ritual şəxsi motivasiyanı gücləndirir və ümumi irəliləyiş hissi yaradır.

Təqvim qavrayışımızı strukturlaşdıran alətə çevrilir, yanvar isə yeni məqsədlərə çatmaq və ya vərdişləri dəyişmək istəyənlər üçün əsas başlanğıc nöqtələrindən biri olur. Məhz buna görə də, təqvim sərhədlərinin şərti olduğunu dərk etsək belə, yanvarın ilk gününə ümidlə baxırıq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu