Bugun.tv xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Şimali Reyn-Vestfaliya ştatı tərəfindən dövlət mükafatı – ən yüksək xidmət mükafatı olan Stadtspreis (alman dilndə -Ştat Mükafatı) ilə təltif edilib.
“Bu, alman xalqının rifahı naminə yorulmaz fədakarlığına, görkəmli humanitar nailiyyətlərinə və Almaniyanın dünyadakı nüfuzuna verdiyi qeyri-adi töhfəyə görə təltif olunur”, – ştatının kansleri Hendrik Vüst mükafatı təqdim edərkən deyib.
Kölndə keçirilən mükafatlandırma mərasimində çıxış edən Merkel Şimali Reyn-Vestfaliya əyaləti ilə ayrılmaz şəkildə bağlı olduğunu vurğulayaraq, “1990-cı illərdə Bonnda deputat və nazir kimi yaşadığımdan bəri Şimali Reyn-Vestfaliya ilə ayrılmaz şəkildə bağlıyam. Bonn mənim üçün bir iş yerindən daha əziz idi. Mən orada yaşamaqdan həzz alırdım” deyib.
Merkel bildirib ki, pul mükafatını, eləcə də dövlət mükafatını Köln şəhərindəki xeyriyyə təşkilatına bağışlayacaq.
Mükafat mərasimində çıxış edən Avropa Mərkəzi Bankının sədri Christine Lagarde, “Bu gün biz güclü bir qadına – Angela Merkelə minnətdarıq. Çünki onun etdiyi xidmətlər bir çox cəhətdən ölkəmizi formalaşdırıb” deyə vurğulayıb.
Pınar Atalayın moderatorluğu ilə keçirilən tədbirə 400-ə yaxın adam qatılıb. Mərasimə qatılanlar arasında keçmiş baş nazirlər Armin Laşet, Yurgen Rüttgers və Peer Ştaynbrük, Bundestaqın spikeri Brbel Bas və federal səhiyyə naziri Prof. Karl Lauterbrax və Şimali Reyn-Vestfaliya əyalətinin bütün kabineti iştirak edib.
Mənbə: EnSonHaber