Baş xəbər

Prezident İlham Əliyev İran səfirliyində başsağlığı verib

Bu gün İlham Əliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Səfirlikdə Azərbaycan Prezidentini İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu qarşılayıb.

Dövlətimizin başçısı matəm kitabına ürək sözlərini yazaraq İran xalqına dərin hüznlə başsağlığı ifadə edib.

Daha sonra Prezident İlham Əliyev səfir ilə söhbət edib. Dövlət başçısı İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə keçirdiyi görüşləri hər zaman ən xoş təəssüratlarla xatırlayacağını bildirib, mərhumun İran dövlətçiliyində və ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edib.

Səfir Müctəba Dəmirçilu göstərilən diqqət və ehtirama görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb. O, bu çətin günlərdə Azərbaycan tərəfinin nümayiş etdirdiyi həmrəyliyin İran xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Hadisə iki ölkə arasında dostluq və qarşılıqlı hörmət münasibətlərinin daha bir təzahürü kimi dəyərləndirilir.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycanın artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır

Aynur Camal

Bu şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu