20 C
Baku
28 İyun 2025, 5:36
Mədəniyyət

Ankarada Novruz şənliyi keçiriləcək

Paytaxt Ankarada fəaliyyət göstərən “Azaflı” hüquq bürosu Novruz bayramı ilə bağlı tədbir təşkil edəcək. Bugun.tv-yə bu haqda sözügedən bürodan məlumat verilib. Bildirilib ki, türk dünyası və topluluklarının da dəvətli olduğu proqrama hər kəs dəvətlidir.

Bayram şənliyində milli musiqi, rəqs, milli təamlar və novruz adət-ənənələr nümayiş etdiriləcək. Bundan başqa rəssam, şair, yazar, sənətçi Hülya Şimşəyin “Bir şeidir şarkılar” adlı əsəri ilə şair, Güftekar Metin Pınarcının “Dil – Guşe” (Yarım asrın birikimi, aşk ile) kitabının imza günü və satışı da həyata keçiriləcək.

Qeyd edək ki, tədbir sabah saat 18:00-da Azaflı Plazanın konfrans zalında baş tutacaq.

 

Oxşar xəbərlər

Madonna səhnəyə gec çıxdığı üçün məhkəməyə verildi

Aynur Camal

Natali Portman 11 illik evliliyindən sonra ərindən boşandı

Bugün TV

Yalan

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu