Mədəniyyət

İsmayıllıda Novruz şənliyi keçirildi-VİDEO

İsmayıllıda rayon icra hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən rəngarəng konsert olub.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, RİH-nin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət nümayəndələri, məktəblilər və İsmayıllı sakinləri iştirak ediblər.

Bu barədə Bugun.tv-nin bölgə müxbiri Səbinə Mirzəqızı məlumat verib.
RİH-nin başçısı Novruz bayramı münasibətilə rayon sakinlərini, şənlik iştirakçılarını təbrik edib.
Mərkəzi meydanda bayram tonqalı qalanıb. Tədbir geniş və rəngarəng konsert proqramı ilə davam etdirilib. Azərbaycanın tanınmış müğənniləri Nigar Şabanova, Aytən Məhərrəmova, Lahıc və İvanovka folklor qurupları, Aşıqlar ansamblı bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.

Bugün TV

Oxşar xəbərlər

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Rusiyada keçiriləcək “Torpağın Duzu” festivalında BRICS ölkələrinin filmləri nümayiş olunacaq

Aynur Camal

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu