Image default
DünyaSiyasət

Ankarada Rusiya, Ukrayna və Türkiyə ombudsmanlarının görüşü keçirilib

Rusiya, Ukrayna və Türkiyənin İnsan Hüquqları üzrə Müvəkkilləri Tatyana Moskalkova, Dmitri Lubinets və Şeref Malkoç Ankarada görüşüblər. Onlar görüşə “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində başlayıblar.

Bugun.tv-nin  məlumatına görə, ombudsmanlar Ukraynada zərərçəkənlərə yardım göstərmək və ailələri birləşdirmək üçün humanitar dəhliz yaradılması məsələsini müzakirə etməyi planlaşdırırlar.

“Taxıl dəhlizindən sonra ailələrin, qadınların, uşaqların və yaralıların birləşməsi üçün bir dəhliz açmaq niyyətindəyik”, – Malkoç deyib.

Moskalkova  rusiyapərəst fikirlərinə görə təqib olunan Ukrayna vətəndaşlarının ona çoxsaylı müraciətlərinin olduğuna diqqət çəkib.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu