Bugun.tv xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada “Erməni soyqırımı yalanlar”ı aldı tədbir keçiriləcək. Bu barədə “Azaflı Sosial Yardım Və Mədəniyyət Dərnəyi”ndən məlumat verilib.
Sədr Arzuman Azaflının sözlərinə görə, hər il olduğu kimi, bu ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı ilə bağlı geniş tədbir nəzərdə tutulub.
Kahramanmaraş Sütçü İman və Ankara Universitetlərinin professorları Toğrul İsmayılla Cavid Abdullahzadənin də iştirak və çıxış edəcəyi mərasim aprelin 7-də olacaq.
Məqsəd 105 il əvvəl törədilən qətliamı ictimaiyyətin diqqətinə çatdırmaqdı. “Ermənilər həqiqətlərin üzərinə nə qədər qara pərdə çəkərək gizlətməyə çalışsalar da, fakt faktlığında qalır. İllər, əsrlər keçəcək ancaq azərbaycanlılara qarşı törədilən bu soqırımı heç zaman unudulmayacaq, yadda çıxmayacaq”,- A.Azaflı bildirib.