Image default
Hadisə

Apofis asteroidi Yerə yaxınlaşacaq

Bugun.tv xəbər verir ki, 2029-cu il aprelin 13-də Yerə rekord dərəcədə yaxınlaşacaq Apofis asteroidini dünya əhalisinin təxminən 90 faizi, yəni 7,6 milyard insan adi gözlə görə biləcək.

Space.com portalının məlumatına görə, astronomlar göy cisminin Yerə maksimum yaxınlaşacağı vaxtı getdikcə daha dəqiq hesablayırlar. Hesablamalara əsasən, Apofis səmada parlaq bir nöqtə kimi görünəcək və təxminən bir dəqiqə ərzində tam Ay diskinin diametrinə bərabər məsafəni qət edəcək.

Bununla belə, alimlər bildirirlər ki, asteroidin müşahidə olunması əsasən hava şəraiti, buludluluq və şəhərlərdə işıq çirklənməsi kimi amillərdən asılı olacaq.

Mütəxəssislərin hesablamalarına görə, Apofis 2029-cu ildə Yerdən cəmi 32 min kilometr məsafədən keçəcək. Bu, geostasionar peyklərin orbitindən daha yaxın məsafə hesab olunur. Asteroidin diametri təxminən 375 metrdir ki, bu da təxminən 40 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Aprel ayında Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun aparıcı elmi işçisi, professor Sergey Yazev bildirib ki, Apofisin Yer üçün təhlükəli yaxınlaşması ehtimalı yalnız təxminən 100 ildən sonra yarana bilər. Buna görə də 2029-cu ildəki yaxınlaşmanın planet üçün təhlükə yaratmayacağı qeyd olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınları genişləndi: 12 mindən çox sakin təxliyə edilib

Aynur Camal

Toz fırtınası təşviş yaratdı: Hava dəhşətli dərəcədə pisləşdi

Aynur Camal

Sərnişin avtobusu dərəyə aşdı: 40 nəfər həlak oldu, 8 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu