10 C
Baku
16 Aprel 2026, 7:08
Dünya

Apple 95 milyon dollar təzminat ödəyəcək

Apple, səs köməkçisi texnologiyası Siri-nin istifadəçilərin məxfiliyini pozduğu və 95 milyon dollar ödəməsi ilə bağlı məhkəmə iddiasını həll etməyə razılaşdı.

ABŞ-ın Kaliforniya ştatının Şimal Dairə Məhkəməsinin hakimi Ceffri Uayt tərəfindən təsdiq edilməli olan ilkin razılaşma Oklend federal məhkəməsinə təqdim edilib.

Sözügedən iş ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Apple” şirkətinə qarşı açılıb, səsli köməkçi texnologiyası “Siri”nin istəmədən aktivləşdirilə biləcəyi və istifadəçilərin yazılan danışıqlarının onların razılığı olmadan üçüncü şəxslərlə paylaşıldığı iddia edilib.

Apple ittihamları rədd etsə də, razılaşaraq 95 milyon dollar ödəyib. Müqavilə təsdiq olunarsa, Siri ilə işləyən cihazların istifadəçiləri hər cihaz üçün 20 dollara qədər ödəniş ala biləcəklər.

Sövdələşmə 17 sentyabr 2014-cü il və 31 dekabr 2024-cü il tarixləri arasında Siri ilə işləyən iPhone, iPad, Apple Watch, MacBook, iMac, HomePod, iPod touch və ya Apple TV-yə sahib olan ABŞ istifadəçilərini əhatə edəcək.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu