Baş xəbərDünya

Apple “Vision Pro” başlığını təqdim etdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti Apple, 2014-cü ildən bəri ilk yeni əsas məhsul xətti olan “Vision Pro” başlığını təqdim edib.

Apple öz yeni texnologiyalarını, o cümlədən iOS 17 yeniləməsi, 15 düymlük MacBook Air, M2 Ultra çipi və yenilikləri illik developer tədbiri WWDC-də paylaşıb.

Şirkətin 2014-cü ildən bəri elan etdiyi ilk yeni əsas məhsul seriyası “Vision Pro” başlığının təqdim edildiyi tədbirdə məhsulun ABŞ-da “apple.com” və Apple Store mağazalarında satışa çıxarılacağı bildirilib.

Gələn ilin əvvəlində 3499 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı gözlənilir.

Açıqlamada, Vision Pro-nun istifadəçinin gözləri, əlləri və səsi kimi ən təbii və intuitiv girişlərlə idarə oluna bilir.

İki ekranda 23 milyon pikseli birləşdirən təsvir sistemi var.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu