Baş xəbərKriminal

Mal-qara oğruları yaxalandı

Bugun.tv xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq araşdırmalara baṣlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şəmsi Əmirov müəyyən edilib. O, iribuynuzlu heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında davam etdirilən tədbirlərlə Ş.Əmirovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adıçəkilən şəxs tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq cari ilin fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. S.Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu