Baş xəbər

Aprelin 20-də gözlənilən hava şəraiti

Bugun.tv xəbər verir ki, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub küləyi günün birinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 7-12°, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacaq.

Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

Axtarılan 10 şübhəli tutuldu

Aynur Camal

Laçında zirvə görüşü – yeni geosiyasi nizamın rəsmi elanı

Aynur Camal

Ukrayna: “Rusiya ordusu raket hücumları həyata keçirib”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu