Baş xəbər

Deputat Ceyhun Məmmədov Od Çərşənbəsi münasibətilə paylaşım etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Od Çərşənbəsi münasibətilə sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, Od Çərşənbəsi xalqımızın inanclarında dirçəlişin, gücün və yenilənən enerjinin rəmzi kimi qəbul olunan əlamətdar gündür. Onun sözlərinə görə, alovun hərarəti insanın daxilindəki yorğunluğu aradan qaldıran, ruhu oyadan bir çağırışdır.

Ceyhun Məmmədov qeyd edib ki, od ətrafında toplaşmaq qədimdən bəri insanları bir araya gətirən, birlik və paylaşma duyğusunu möhkəmləndirən ənənədir. Bu çərşənbə insanın keçmişin ağırlıqlarından azad olaraq yeni niyyətlərlə gələcəyə baxmasını xatırladır.

Millət vəkili vurğulayıb ki, bu gün evlərdə yanan ocaqlar ailə istiliyini, süfrələrdəki nemətlər isə bolluq və bərəkəti simvolizə edir. Çərşənbələr xalqımızın yaddaşında baharın gəlişinə aparan mənəvi yolun mərhələləri kimi mühüm yer tutur.

Deputat paylaşımının sonunda Od Çərşənbəsi münasibətilə hər kəsə xoş ovqat, evlərə işıq, ürəklərə isə inam və rahatlıq arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu