11 C
Baku
24 Yanvar 2025, 15:05
Baş xəbər

Aprelin 29-da gözlənilən hava şəraiti

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 11-15°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

F-16 təyyarəsi dənizə düşdü

Bugün TV

Alimlər şəkərli içkilərin zərərini hesabladı və bunun dağıdıcı olduğu ortaya çıxdı

Aynur Camal

7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu