4 C
Baku
14 Yanvar 2026, 22:56
Dünya

Aqil Məmmədov: Trampın İranla əməkdaşlıq edən ölkələrə rüsum təhdidi qlobal ticarətə ultimatumdur

Politoloq Aqil Məmmədov ABŞ Prezidenti Donald Trampın İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq ediləcəyi ilə bağlı bəyanatını şərh edib.

Onun sosial media hesabında paylaşımındakı şərhinə görə, bu açıqlama son dərəcə sərt xarakter daşıyır. Eyni zamanda qlobal ticarət sisteminə açıq ultimatumdur. Politoloq hesab edir ki, Vaşinqton bu yanaşma ilə faktiki olaraq digər dövlətlərə hansı ölkə ilə münasibət qurub-qurmamağı diktə etməyə çalışır.

“Bu, digər ölkələrə kiminlə əməkdaşlıq edə biləcəklərini, kiminlə münasibət saxlamayacaqlarını demək cəhdidir. Əgər ABŞ bu siyasəti real şəkildə həyata keçirərsə, İran üzərində iqtisadi təzyiq daha da kəskinləşəcək. Bu vəziyyət reanimasiyada olan ağır xəstənin süni nəfəs aparatından ayrılmasına bənzəyir”, – deyə Aqil Məmmədov bildirib.

Politoloqun fikrincə, Tehran Vaşinqtonun bu addımına cavab olaraq strateji əhəmiyyətə malik Hörmüz boğazını bağlamaq variantını gündəmə gətirə bilər. “Belə bir ssenari reallaşarsa, yalnız neft qiymətləri deyil, eyni zamanda qlobal logistika marşrutları da ciddi şəkildə zərər görəcək və beynəlxalq ticarətdə xaotik vəziyyət yaranacaq”, – deyə o vurğulayıb.

Aqil Məmmədov hesab edir ki, mövcud proseslər ABŞ–İran qarşıdurmasının təkcə regional deyil, qlobal iqtisadi təhlükəsizlik üçün də ciddi risklər yaratdığını göstərir.

Aynur Camal

Oxşar xəbərlər

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Dünyanın ən sağlam tərəvəzi hansıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu