13 C
Baku
15 Aprel 2026, 12:01
Dünya

Deputat Ceyhun Məmmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır

Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesləri barədə fikirlərini sosial media hesabında bölüşüb.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qarabağı yenidən qurur və regionun davamlı inkişafını təmin edir. Onun sözlərinə görə, Ağdərə rayonunda görülən işlər bu böyük quruculuq və abadlıq strategiyasının mühüm tərkib hissəsidir.

Ceyhun Məmmədov vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayır, müasir yaşayış binaları inşa olunur. “Bütün bunlar doğma torpaqlara qayıdan ailələr üçün normal və təhlükəsiz həyat şəraitinin yaradılmasına xidmət edir”, – deyə deputat qeyd edib.

Deputatın sözlərinə görə, həyata keçirilən layihələr Qarabağın sosial-iqtisadi potensialının bərpasına, regionun ölkə iqtisadiyyatına inteqrasiyasına və dayanıqlı inkişafına mühüm töhfə verir.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu