17 C
Baku
15 Sentyabr 2025, 7:02
Səhiyyə

“Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub”

Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub.

Bugun.tv –xəbər verir ki, belə təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov çıxış edib.

Deputat deyib ki, artıq Azərbaycan əsas prioritet məsələ kimi turizmə və aqrar sahəyə böyük önəm verir: ”Xüsusilə Ulu öndər Heydər Əliyevin 1969-cu ildən hakimiyyətə gəlişindən sonra Azərbaycan üzümçülük, şərabçılıq, tütünçülük, taxılçılıq və digər sahələrdə rentabelli respublikaya çevrilib. 1990-cı illərin əvvəllərindən isə bu sahədə mütəxəssislərin bir çoxu Türkiyədən, İsraildən dəvət edilirdi. Azərbaycan Aqrar Universitetində aqronom, zootexnik, digər mütəxəssislər yetişdirilirdi, amma həmin mütəxəssislərimizin bir çoxu o sahəni bitirsələr də işləmirdilər. Yaxud da ki, keyfiyyətli təhsil almırdılar ki, digər ölkələrdən aqrar sahə üzrə mütəxəssislər dəvət etməyə məcbur olurduq. Amma indi bu sahədə də kifayət qədər işlər görülür. Həmin universitetlə görüşün, ictimai dinləmənin keçirilməsi, görülən işləri, problemləri müzakirə etməyimiz çox mühüm məsələdir. İctimai dinləmənin nəticələri ilə biz bu sahədə daha çox uğurlar görə bilərik”.

Mənbə: ApA.Az

Aynur Camal

Oxşar xəbərlər

Bağırsaqda “toxluq hissi” ola bilər

Aynur Camal

“Hər il keçrilməsinə qərar verilən Türk Tibb Dünyası Konqresi Azərbaycan səhiyyəsi üçün tarixi qərardı”

Aynur Camal

“Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu