Hadisə

Araşdırma başladıldı, beş nəfər saxlanıldı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ poladəritmə zavodunda baş verən partlayışla bağlı araşdırma davam edir. İlkin məlumata görə, qazan dəyişdirilən zaman tavan kranı sənaye sobasının üzərinə düşüb və partlayış baş verib.

Bugun.tv xəbər verir ki, Associated Press-in məlumatında hadisə ilə əlaqədar beş nəfərin saxlanıldığı da qeyd olunur.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırma başladıldığını bildirmişdi. O, qəzanın səbəblərinin, mümkün səhlənkarlıq hallarının və məsul şəxslərin müəyyən ediləcəyini vurğulayıb. Xarici mənbələrdə ölənlərin sayı 16 nəfər, yaralananların sayı isə 13 nəfər göstərilir. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisə zamanı zavodda təxminən 200 işçi olub. İstehsal prosesi təmirə görə dayandırıldığından müəssisədə adi vaxtla müqayisədə daha az işçi çalışıb.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə dəmir-polad zavodunda partlayış: 16 nəfər həlak oldu

Aynur Camal

Güclü külək ağacı aşırdı – avtomobil yararsız hala düşdü

Aynur Camal

Misirdə qatarların toqquşması nəticəsində 7 nəfər öldü, 125-dən çox insan yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu