Hadisə

Güclü külək ağacı aşırdı – avtomobil yararsız hala düşdü

Bugun.tv-yə daxil olan məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbəsində güclü külək ciddi fəsad törədib.

Belə ki, Malik Mustafayev küçəsində beşmərtəbəli yaşayış binasının qarşısında yerləşən iri ağac kökündən çıxaraq aşıb və nəticədə yaxınlıqdakı qaz xəttinə də ziyan dəyib.

Məlumata əsasən, gecə saatlarından başlayan güclü külək ağacın kökündən çıxmasına səbəb olub. Aşan ağac boru xəttinin üzərinə düşüb. Ağacın ağırlığına tab gətirməyən xəttin bir hissəsi isə ərazidə park edilmiş avtomobilin üzərinə aşıb.

Nəticədə sakinlərdən birinə məxsus avtomobil ciddi zərər görərək yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ərazidə aşmış ağacın və boruların götürülməsi, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb.

Qeyd olunub ki, hadisə ilə bağlı xəsarət alan olmayıb. Güclü küləyin yaşayış ərazilərində yaratdığı təhlükə bir daha ağacların və digər konstruksiyaların vəziyyətinə diqqət yetirilməsinin vacibliyini göstərir.

Müxbir: Əlikram Əliyev

Suraxanı rayonu, Əmircan qəsəbəsi, güclü külək, aşan ağac, avtomobilə ziyan, qaz xətti, Bakı hadisə, küləyin fəsadları, hava şəraiti

Aynur Camal

Oxşar xəbərlər

Misirdə qatarların toqquşması nəticəsində 7 nəfər öldü, 125-dən çox insan yaralandı

Aynur Camal

Güclü yağışların yaratdığı daşqınlar iki nəfərin həyatına son qoydu

Aynur Camal

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu