25 C
Baku
27 İyul 2024, 4:11
Dünya

Araşdırma: Z nəsli Y nəslindən daha pis maliyyə vəziyyətindədir

Araşdırmalar göstərir ki, Z nəsli eyni yaşda Y nəslindən daha çətin maliyyə vəziyyətindədir.

ABŞ-da yerləşən TransUnion şirkəti 22-24 yaşlı Z nəslinin xərclərini 10 il əvvəl 22-24 yaşlı Y nəslinin xərcləri ilə müqayisə edib.

Araşdırmalar göstərib ki, yüksək inflyasiya və yaşayış minimumu səbəbindən bu gün 22-24 yaş qrupunda olan gənclərin gəlirləri 10 il əvvəlkindən daha azdır və daha çox borc var.

Keçən il 22-24 yaş arası gənclər orta hesabla 45 min dollar qazandığı halda, 10 il əvvəl Y nəslinin eyni yaşda orta hesabla 51 min dollar qazandığı müəyyən edilib.

Araşdırma həmçinin 10 il əvvəl 22-24 yaş arasında olan Y nəsli ilə müqayisədə Z nəslinin iqtisadiyyata daha çox diqqət yetirdiyini ortaya qoydu.

İqtisadi vəziyyətləri ilə bağlı özlərini nə qədər etibarsız və ya stresli hiss etdiklərini soruşduqda, 10 il əvvəl Millennialların 8 faizi ilə müqayisədə, Z nəslinin 14 faizi “son dərəcə stressli” olduqlarını söyləyib.

Bundan əlavə, 10 il əvvəl iqtisadi cəhətdən “rahat” olduqlarını bildirən Y nəsli gənclərinin nisbəti yüzdə 13 idisə, bu gün gənclərin yalnız 8 faizi özlərini təhlükəsiz hiss edir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Silahlı hücumda 6 nəfər öldü

Bugün TV

Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 51-ə yüksəldi

Bugün TV

Sel fəlakətində həyatını itirənlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu