25 C
Baku
27 İyul 2024, 4:19
İdman

Argentina – Nigeriya matçı Messi səbəbindən ləğv edildi

Bugun.tv xəbər verir ki, Çində Argentina və Nigeriya milli komandaları arasında martda baş tutmalı olan yoldaşlıq oyunu ləğv edilib. Bu barədə WeChat-da Hançjou İdman Komitəsi məlumat yayıb.

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib” deyə məlumatda bildirilib. “Məlum səbəblər” dedikdə, təşkilatçılar argentinalı hücumçu Lionel Messi ilə bağlı vəziyyət nəzərdə tutulub.

Ötən günlərdə Messi “İnter Mayami” ilə Honq Konq XI komandaları arasında keçirilən yoldaşlıq oyununda meydana çıxmadığına görə tənqid olunub. Honq-Konq rəsmiləri bildiriblər ki, hökumət də azarkeşlər kimi bu hadisədən məyus olub.

Messi daha sonra azarkeşlərdən üzr istəyib. Zədə səbəbindən matçı buraxdığını açıqlayıb. O, “Məni tanıyan hər kəs bilir ki, mən həmişə oynamaq istəyirəm. İstənilən matçda həmişə etmək istədiyim budur” vurğulayıb. Görüşün təşkilatçıları da öz növbəsində azarkeşlərə biletin dəyərinin yarısını ödəyəcəklərini vəd ediblər.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Gənclər və İdman naziri Fərid Qayıbov “imtahanda”

Aynur Camal

Füqan Əliyev Kubokda qələbəni bayram etdi  

Şükufə Ramizqızı

Gənclər və İdman naziri məlumat yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu